Dinləyicilər Səyyad Əlizadənin “Diana” adlı mahnısına ayın ən pis mahnısı kimi səs veriblər
DAHA ƏTRAFLI XƏBƏRİN ARDINDA
ANS ÇM radiosunun efirində səslənən “Qatıq” verilişində oktyabr ayının ən pis mahnısı seçilib. Səs verən dinləyicilər sözü, müsuqisi özünə aid Talıb Talehin “Bu gecəmiz”, Musiqisi Rəhim Rəhimliyə, sözləri Alovlu Ülviyyəyə aid Bagiranın ifa etdiyi “Hər kəs seksimi” və Səyyad Əlizadənin “Diana” mahnıları arasından Səyyad Əlizadənin ifasını ayın ən "qatıq" mahnısı seçiblər.
Dj. Tural Yusifin ANS PRESS-ə verdiyi məlumata görə, veriliş başa çatan kimi bu ifaçılar və onların tanışları tərəfindən ona çoxlu zənglər olub. Onlar səsvermədən narazı qaldıqlarını bildiriblər. Tural Yusif isə bildirib ki, bu seçim dinləyicilərindir: "Mən hesab edirəm ki, ifaçılar öz dinləyicilərinin fikirlərinə hörmətlə yanaşmalı və nəticə çıxarmalıdırlar”.
ANS-press-ə Təşəkkürlər!
