Reklam verin!

Volf MESSİNG

İyul 25, 2008 2:28

Şəkildə Gördüyünüz bu  Şəxs Volf MESSİNg-dir.İndi əziz Userlər sizə bir sual verim Volf MESSİNG hansı peşə sahibi olub!!!

Userlər Sorğuda Fəal olun


azizmehdi | Məhşurlar | Şərhlər(0) | Baxış sayı: 2

Açar sözlər:

Enrique İglesias

İyul 24, 2008 21:15

Gənclərin sevimlisi olan Enrique İglesias ın Bioqrafiyası


Enrique İglesias 1975-ci il may ayının 8-də anadan olub.Onun karyerası 1995-ci ildən - ENRİQUE İGLESİAS adlı ilk albomunu çıxardıqdan sonra başlayıb.O,116 platin diskin,227 qızıl,26 beynəlxalq mükafatın sahibidir.

ENRİQUE İGLESİAS İspaniyanın Madrid şəhərində anadan olub.Onun atası Xulio İglesias da məşhur müğənni olub.ENRİQUEnin anası İzbel və atası Xulio ayrıldiqdan sonra Enrique bir müddət anası ilə yaşayır.--onun babasını terroristlər qaçırıb öldürənə kimi.Bundan sonra anası Enriqueni 10 yaşında atasının yanına-Mayamiyə göndərir.O,burada universitetdə oxuyur,lakin onun musiqiyə olan həvəsi və qüruru onu atsının evini tərk etməyə məcbur edir.O,özünə mənzil tutur,axşamlar kiçik bir restoranda mahnı oxuyur,və ailəsindən xəbərsiz ilk albomu üçün mahnılar yazırdı.Hətta o,ilk albomunu 20 yaşında çıxarmasına baxmayaraq,albomu üçün mahnıları hələ 16 yaşına ikən yazmağa başlamışdı.

Əslində o bu albomu daha da asan yolla çxara bilərdi.Axı onun atası Xulio Iglesias da müğənni idi.Amma ENRİQUE çox qürurlu idi və o bu albomu atasının köməyi olmadan çıxarmaq istəyirdi.Və o,bunu bacardı.1995-ci ildə işıq üzü görən və ENRİQUE İGLESİAS adlanan bu ilk albom elə ilk həftədən rekord həddə-yarım milyon ədəd satıldı.Bundan sonra da o,karyerasına uğurla davam etdi.Onun ən uğurlu xitlərindən biri Uill Smitin "Wild,Wild.West" filmi üçün saundtrek olaraq yazılmış "BAİLAMOS" mahnısıdır.

ENRİQUE İGLESİAS zəngin və məşhur olmağına baxmayaraq,onun çox adi xobbiləri var.O,öz vaxtını məktəb yoldaşları və 2 iti ilə keçirməyi sevir.Onun 2 ədəd "Porsche" markalı avtomobili var və o,bu avtomobillərdə Mayamini gəzməyi çox sevir.Onun ən sevdiyi yeməklər-qamburger,xot-doq və pizzadır.

Hal-hazırda Enrique İglesias Mayamidə yaşayır,Spid adlı sevimli iti ilə qırmızı Porschedə gəzir,dişlərini gündə 5 dəfə təmizləyir,gecələr yatmamışdan qabaq dua edir, qoluna saat taxmır və balış ilə yatır hansını ki,(bu sözümə görə üzr istəyirəm) ayaqlari arasına qoyur

azizmehdi | Məhşurlar | Şərhlər(0) | Baxış sayı: 5

Açar sözlər: enrique iglesias 

Məhəmməd Əmin Rəsulzadə

İyul 24, 2008 21:07

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə
(31.01.1884 - 06.03.1955)
Görkəmli siyasi xadim


31 Yanvar 1884 ilində Bakının Novxanı kəndində dindar ailədə dünyaya göz açmışdır. İlk təhsilini maarifpərvər ziyalılarımızdan C.M. Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci «Müsəlmani ve rusi» məktəbində almışdı. Şer ve məqalələri ilə o dövrün tanınmış qəzet və jurnallarından «İrşad», «Tərəqqi», «Füyuzat» və b. mətbuat orqanlarında fəal cıxış edirdi. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttərxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərekatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu ıldə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911ci ilin Sentyabr ayında Bakıda Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə ve Abbas Kazımzadənin yaratdığı «Türk ədəmi-mərkeziyyət Müsavat» firqəsinin tezliklə üzvü olur ve onun liderlərindən birinə cevrilir. M.E. Rəsulzadə 1917-ci ilin sentyabrinda Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partinın MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlet Dumasının deputatı vəsiqəsini daşıyırdı.

Zaqafqaziya Seymi 26 Mayıs 1918 ilində Gürcüstanın özünü müstəqil elan etməsilə parçalandı. Seymin Azerbaycan nümayəndələri mayın 28-de Tiflisdə keçirilən iclaslarında Azərbaycan Xalq Cümhuriyyetinin istiqlal bəyannaməsini elan etmekle yanaşı M.E.Rəsulzadənin Milli Şuranın sədri seçdilər.

1920-ci ilin 27 aprelində axşam saat 11-de Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın fövqalədə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla kommunistlərə təhvil verildi. Bir müddet Moskovada işləsədə 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin mühacirət dövrü başlayır. Türkiyədə və Almaniyada yaşadığı illərdə «Əsrimizin səyavuşu», «İstiqlal məfkurəsi və gənclik», «Çağdaş Azərbaycan ədəbiyyatı», «Çağdaş Azərbaycan tarixi» və s. əsərlərin müəllifidir.

Azərbaycan xalqının vətənpərvər oğlu görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə 1955-ci il Martın 6-da Ankarada şəkər xəstəliyindən uzun müddətli əzablar içərisində üc dəfə «Azərbaycan!...» - deyərək gözlərini əbədi yummuşdur..

azizmehdi | ORDAN - BURDAN, Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 3

Açar sözlər: məhəmməd əmin rəsulzadə 

Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi

İyul 24, 2008 20:44

Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi
(1494 -1556)


Azərbaycan şairi, mütəfəkkir
Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi (1494, İraq, Kərbəla şəhəri - 1556, orada) - Azərbaycan şairi, mütəfəkkir. türk, ərəb və fars dillərində yazmışdır. İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir. "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətayiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır. Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Füzuli türk dilində lirik şerin ən gözəl nümunələrini yaratmışdır. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmyaraq, Füzulinin ana dilində yaratdığı əsər oricinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində bədii nəsrin görkəmli nümunələrini yaratmışdır. Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi bədii dilimizi yeni yüksəkiklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda İstanbulda, Ankarada, Misirdə, Daşkənddə, Buxarada, Aşqabadda, dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

azizmehdi | ORDAN - BURDAN, Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 3

Açar sözlər: məhəmməd füzuli 

Azerbaijan

İyul 24, 2008 20:20


Şəkilin Böyük ölçüsünü YÜKLƏYİN

azizmehdi | Azərbaycan, Şəkillər | Şərhlər(0) | Baxış sayı: 5

Açar sözlər: azerbaycan 

Millinin heyəti açıqlanıb

İyul 24, 2008 19:48

Avqustun 20-də Reykyavik şəhərində İslandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Qapıçılar:
Fərhad Vəliyev
Rauf Mehdiyev
Anar Nəzirov
Kamran Ağayev

Müdafiəçilər:
Mahir Şükürov
Rəşad Sadıqov
Rail Məlikov
Usim Nduka
Elvin Əliyev
Samir Abbasov
Saşa Yunisoğlu
Emin Quliyev

Yarımmüdafiəçilər:
Aleksandr Çertoqanov
Elmar Baxşıyev
Cavid Hüseynov
Mahmud Qurbanov
Zeynal Zeynalov
Fabio Luis Ramim
Nodar Məmmədov

Hücumçular:
Xaqani Məmmədov
Branimir Subaşiç
Vaqif Cavadov
Zaur Ramazanov
Zaur Tağızadə

azizmehdi | İdman Dünyası, Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 8

Açar sözlər: milli futbol 

Gözəl Kələmlar

İyul 23, 2008 22:25

Ardını Mütləq OXUYUN!!!


1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.
2 – Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir.
3 – Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan aparar.
4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz.
5 – Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir.
6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәl`undur.
7 – İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır.
8 – Gözәllik dildәdir.
9– Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır.
10 – Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi.
11 – Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin.
12 – Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr.
13 – Allah–taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.
14 – Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir: (Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn; (İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan; (Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.
15 – Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.
16 – Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.
17 – Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.
18 – Gülәrüzlü olmaq kinlәri aradan aparar.
19 – Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır.
20 – Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir.
21 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.
22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.
23 – Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah–taala qәzәbә gәlər.
24 – Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.
25 – İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.
26 – Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
27 – Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
28 – Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir.
29 – Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.
30 – Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır.
31 – Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.
32 – Peşimançılıq tövbә (etmәk) -sayılır.
33 – İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
34 – Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) – dir.
35 – Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.
36 – Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.
37 – Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdә, sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.
38 – Biz Әhli–beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.
40 – Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә bir növ) yaxşılıq sayılır.
41 – Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.
42 – Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.
43 – Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.
44 – Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.
45 – Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.
46 – Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir.

azizmehdi | Dini | Şərhlər(0) | Baxış sayı: 8

Açar sözlər: islam kəlamlar 

Maraqlı Faktlar 6

İyul 23, 2008 21:55

Ardında Çox maraqlı Faktlar Var!!!


*Kəpənəklər ayaqları ilə dad alırlir .
*Zürafələrin səs telləri yoxdur .
*Yetişkin bir ayı , bir at qədər sürətli qaça bilir .
*Pinqvin üzə bilən amma uça bilməyən tək quşdur .
*Bir qarışqa, öz ağırlığının əlli qatını daşıya bilir .
*Qütb ayıları solaxaydır .
*Kengurular geriyə gedə bilməzlər .
*Milçəklərin 5 gözü vardır .
*Baykuş , mavi rəngi görə bilən tək quşdur .
*Delfinlər bir gözləri açıq yatarlar .
*Filler tullana bilməyən tək məməlidirlər .
*Dünyada insan başına düşən qarışqa sayı bir milyondur .
*Siçanlar qusa bilməz .
*Timsahlar dillərini çölə çıxara bilməzlər .
*Pişiklər ultrason səslərini eşidirlər .
*Zürafa 35 sm. uzunluğunda qara bir dilə malikdir .
*Təqribən bir birə öz böyüklüyünün 150 qatı yüksəkliyə tullana bilir .
Bu nisbəti tutdura bilmək üçün bir insanın təxminən 30 metr tullanması lazımdır .
*Bu güne qədər bilinən ən böyük böyrək daşı , tam 1 kilo 36 grdir .
*Yatarkən , televiziya seyr edərkən yandırdığımızdan daha çox kalori xərcləyərik .
*Insan bədənindəki ən güclü əzələ , dildir .
*Askırdigimiz zaman , ürəyimiz daxil olmaq üzrə
bütün bədən funksiyalarımız bir an üçün dayanir .
*Qadınlar kişilərə görə iki qat daha çox göz qırpır .
*Insanlar bədənlərində 300 ədəd sümüklə doğulurlar amma
yetkin olduqlarında bu ədəd 206´ ya düşür .
*Bir Cənub Amerika ölkəsi olan Peru´ də heç ümumi tualet yoxdur .
*Tom Sawyer makinada yazılan ilk romandır .
*Mexico City , hər il 25 santimetr batır .
*Bir insan həyatı boyunca iki üzmə hovuzu dolduracaq qədər tüpürcək ifraz eder.
*Usaqlar baharda daha çox böyüyür .
*Insanlar beyinlərinin yalnız yüzdə onunu istifadə edərlər .
*Sağ əlini istifadə edən insanlar , sol əlini istifadə edənlərə görə
ortalama 9 il daha çox yaşayırlar .
*Bir insan həyatı boyunca , ortalama iki ilini telefonda danışaraq xərcləyir .
*Bir Big Mac hamburgerinin çörəyində ortalama 170 ədəd susam var .

azizmehdi | Maraqlı | Şərhlər(0) | Baxış sayı: 14

Açar sözlər: maraqlı faktlar 

Təbriklər İNTER

İyul 23, 2008 6:07

İnter Bakı 1 - 1 Rabotnicki

Inter Növbəti mərhələyə vəsiqə qazandı.


azizmehdi | İdman Dünyası, Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 5

Açar sözlər: inter futbol 

Qiyamət

İyul 22, 2008 23:16

Ardını Oxuyun!!!


azizmehdi | Maraqlı, Dini | Şərhlər(0) | Baxış sayı: 20

Açar sözlər: qiyamət 

Ferhat Göçer-Gül ki

İyul 22, 2008 5:41


azizmehdi | music box | Şərhlər(0) | Baxış sayı: 8

Açar sözlər: ferhat göçer gül ki 

Murat Boz - Uçurum - 2008Full Album

İyul 22, 2008 4:54

Murat Boz - Uçurum - 2008Full Album

Murat Boz - Uçurum - 2008
1. Ben Aslında
2. Ötme Bülbü
l3. Uçurum
4. Uçurum - Özgür Yedievli
5. Ötme Bülbül - STEVE
6. Uçurum - Burak - Original Mix
7. Uçurum - Yalçın Aşan Project
8. Uçurum - Extented

azizmehdi | music box | Şərhlər(0) | Baxış sayı: 8

Açar sözlər: murat boz uçurum 

Ad günün mübarək AzeriBlog!!!

İyul 21, 2008 23:58

Sizdə şərh vasitəsi ilə AzeriBlog-u Təbrik Edin!


azizmehdi | ORDAN - BURDAN, Azərbaycan | Şərhlər(2) | Baxış sayı: 13

Açar sözlər: azeriblog ad günü 

İraq dakı dəhşətlər

İyul 21, 2008 4:09

İraq əhalisinə edilən əziyyətlər.

P.S.Ürəyi zəif olanlar BAXMASIN!!!


azizmehdi | Bölməsiz | Şərhlər(4) | Baxış sayı: 32

Açar sözlər: iraq 

Emo-lar birləşin!

İyul 21, 2008 3:14

Monster.azeriblog.com-dan yenilik Emo Userlərin çoxluğu bu layihəni həyata keçirdməyimizin 1 ci səbəbidi.

ARDINDA DAHA ƏTRAFLI.


Emolar sizi bir yerə yığmaq məqsədi ilə sizə belə bir şans verilir.Siz mənim e-mail-ə oz MSN,İCQ və ya e-maillərinizi yazırsınız.Mən Blogunda EMO bölməsi açıram və həmin bölmədə sizin e-mailəriniz, MSN-ləriniz,İCQ və.s. ünvanlarınız görsənir.Məqsəd Emo-ları bir araya yığmaqdı.  

monster_666@box.az

azizmehdi | Maraqlı, Yeniliklər | Şərhlər(0) | Baxış sayı: 18

Açar sözlər: emo 

Azərbaycandan hara vizasız gedib-gəlmək olar?

İyul 20, 2008 20:43


Azərbaycandan hara vizasız gedib-gəlmək olar?

Azərbaycandan hansı ölkəyə vizasız gedib-gəlmək olar? "Media forum" saytının araşdırmasına görə, Türkmənistanı çıxmaqla MDB ölkələrinə (Rusiya, Bəlarus, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan) müddətsiz, Türkiyə və İrana isə müəyyən müddətə vizasız gediş-gəliş mümkündür.
Saytın məlumatına görə, Azərbaycan vətəndaşı İranda 1 həftə vizasız qala bilər. Bunun üçün vətəndaşın əlində o baş-bu baş üçün bilet olmalıdır. Eyni şərt İran vətəndaşı Azərbaycan torpağına ayaq basanda da qüvvədədir. Vətəndaş hər hansı səbəbdən bir həftədən çox qonaq qalsa (iranlı Azərbaycanda, azərbaycanlı İranda), onda viza almalı və hər ay üçün 60 dollar viza haqqı ödəməlidir.
Türkiyəyə gedən Azərbaycan və ya Azərbaycana gələn Türkiyə vətəndaşları 3 ay vizasız ötüşə bilər. 3 aydan sonra isə o, qonaq ölkədə öz səfirliyinə müraciət edib viza almalıdır. 4-cü ay üçün viza haqqı 10 ABŞ dolları, sonrakı aylar üçün isə 60 dollardır.
Rusiyaya getmək vizasız olsa da, müəyyən məhdudiyyətlərə yol açan məqamlar var. Rusiyada qeydiyyata düşüb "qırmızı pasport" alan azərbaycanlı vətənə gələndə 1 ay vizasız qala bilər. Bundan artıq qaldıqda ondan viza tələb edilir.
Diplomatik və ya xidməti pasportları olanlar Türkiyə, İran, Pakistan, Çin, Macarıstan, Kuba, Laos, Monqolustan, Sloveniya, Rumıniya, Argentina, Braziliya, Bolqarıstan, Mərakeş, İordaniya və Makedoniyaya vizasız gedib-gələ bilərlər.
Dünyada viza məhdudiyyəti ilə ən az üzləşən ölkələr Finlandiya, ABŞ və Danimarkadır. Bu ölkələrin vətəndaşları daha çox ölkəyə vizasız gedib-gələ bilirlər. Sonrakı yerləri Almaniya, İsveç və İrlandiya, Böyük Britaniya, Fransa, Yaponiya və İtaliya tutur.
Türkiyə, Rusiya və Ukrayn vətəndaşlarının da vizasız gedib-gələ bildikləri ölkələrin sayı Azərbaycan vətəndaşları ilə müqayisədə çoxdur.
Dünyada ən az xəbər-ətərsiz (vizasız) qonaq qəbul edən və qonaq gedənlər İran və Əfqanıstan vətəndaşlarıdır.
Onu da qeyd edək ki, Azərbaycanda adi xarici pasport (ümumvətəndaşlıq pasportu) yaşıl, xidməti pasport göy, diplomatik pasport qırmızı rəngdədir. Ümumvətəndaşlıq pasportunu Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, xidməti və diplomatik pasportları Xarici İşlər Nazirliyi verir.

limbos | Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 23

Açar sözlər:

Azərbaycan sənətçilərinin çoxu istirahət üçün Bodrumu seçir!

İyul 20, 2008 20:42


limbos | Məhşurlar | Şərhlər(0) | Baxış sayı: 12

Açar sözlər:

RUSİYANIN AZƏRBAYCANLI GƏNCLƏR TƏŞKİLATININ İNTERNET SAYTI AÇILDI

İyul 20, 2008 20:39


Rusiyanın Azərbaycan Gənclər Təşkilatının internet saytl açıldı
Leyla Əliyeva: "Bu könüllü və hamının üzünə açıq olan ictimai birliyin məqsədləri Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirməkdir"
QayNar: Mayın 10-da, mərhum prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü günü Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) internet saytı açılıb.
Sayt Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, rus dilində çıxan “Baku” jurnalının baş redaktoru və naşiri Leyla Əliyevanın müraciəti ilə açılır. Bundan əlavə sayta daxil olan izləyici həm də avtomatik gözəl Azərbaycan musiqilərini dinləmiş olacaq.
Leyla Əliyevanın müraciətində deyilir: “İndi biz azərbaycanlı gənclərin köməyi ilə Rusiya torpağında “RAGT” kimi əlamətdar bir adla mühüm ictimai struktur formalaşdırırıq. Bu könüllü və hamının üzünə açıq olan ictimai birliyin məqsədləri Rusiyada yaşayan azərbaycanlı gənclərin qarşısında duran bir sıra məsələləri birgə həll etmək, onlarda vətənpərvərlik hissləri, eyni zamanda, milliyyətindən və dini mənsubiyyətindən, sosial vəziyyətindən və yaşından asılı olmayaraq, bütün insanlara tolerant münasibət bəsləmək hissi tərbiyə olunmasına kömək etmək üçün yaşıdları birləşdirməkdir”.
Rus və Azərbaycan dillərində fəaliyyət göstərən saytda Azərbaycanda və Rusiyada baş verən əlamətdar hadisələr haqqında ətraflı məlumat yerləşdirilib. Mərhum prezident Heydər Əliyevə, Azərbaycana, Rusiyaya, Rusiya-Azərbaycan dostluğuna, RAGT-ın Moskvada və Rusiyanın regionlarında fəaliyyətinə, indiki gənclərin həyatına, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə, RF-dəki ictimai təşkilatlara həsr olunmuş bölmələr vardır. Saytda ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, milli mətbəxi ilə, habelə gözlənilən tədbirlər barədə anonslarla tanış olmaq mümkündür. Burada Azərbaycan və Rusiya prezidentlərinin, Heydər Əliyev Fondunun, iki ölkənin gənclər təşkilatlarının saytlarına çıxış üçün istinadlar da yerləşdirilmişdir.
RAGT-ın internet saytının ünvanı belədir: www.amor.az

limbos | Azərbaycan, Exculisive | Şərhlər(0) | Baxış sayı: 15

Açar sözlər:

Ailə mədəniyyəti

İyul 20, 2008 20:37


AİLƏDƏ DAVRANIŞ QAYDALARI



RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəmin yaradacaqdır. Amma, əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaq əsasında icra olunarsa təbii ki, qeyri insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Ailədə əxlaq davranışlarını, üç əsas hissəyə bölmək olar:

1-Ər-arvad davranışı;

2-Övlad-valideyin davranışı;

3-Valideyin-övlad davranışı.

1-Ər-arvad davranışı

Ər və arvad, hər bir ailənin qayəsi, mehvərləridirlər. Bu iki mühüm şəxsin mehr və əməyi sayəsində ailə kamilləşir və ictimai mühitdə özünə layiq olan məqamı kəsb edir. Amma çox təssüflər olsun ki, bir çox ailələrdə ər və arvadın etinasız yanaşdığı bəzi məsələlər mühüm problemlərə çevrilir və sonradan bunun qarşısını almaq ya çox çətin, ya da qeyri mümkün olur.

Ər və arvad həyatın bütün”eniş-yoxuşunda” isti soyuğunda” bir-biri ilə şərikdirlər və onlara üz gətirən bütün problemləri aram və düzgün şəkildə həll etməlidirlər. Onlar bağladığı əhd- peymana sadiq qalmalı, bir birinə qarşı maddi və mənəvi köməyi əsirgəməməlidirlər. Özlərinin heysiyyətlərini qoruyub saxlamalı və lazımi kamilliyə çatmaq üçün səy etməlidirlər.

Ər-arvadın əsas vəzifələri

1-Ehtiram:

Ər və arvadın əsas vəzifələrindən biri də bir-birinə qarşı ehtiram etmələridir. Ailədə olan ehtiram və hörmət məcburiyyət üzündən deyil, Allaha və pak sevgi, məhəbbətə xatir həyata keçməlidir. Allah taala Qurani-kərimdə buyurur:

Biz Adəm övladını ehtiramlı etdik”. (İsra surəsi/80).

Sözsüz ki, Allah-taala yanında ehtiramlı olan bir şəxs digər fərdlərin yanında da ehtiramlı olmalıdır. İmam Baqir (ə) buyurur:

“Ailə quran bir şəxs öz yoldaşını əzizləyib, ona hörmət etməlidir.”

Digər bir hədisdə Allahın Rəsulu (s), ərini qəzəbləndirən və ya xoşhal edən qadınlar haqqında buyurmuşdur:

“Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirər və xoş o qadının halına ki, ərini özündən razı edər”.

2-Məhəbbət:

Məhəbbət ailənin davamıdır.Əgər bir ailədə qarşılıqlı məhəbbət, sevgi olarsa şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmazlıq sarsıda bilməz, qurduqları sadə və mənalı həyatlarını heç bir maddi istəklərə qurban verməzlər. Allah-taala, məhəbbəti ər və arvad arasında meyar hesab edərək buyurur:

Biz onların arasında məhəbbət və rəhmət qərar verdik. (Rum surəsi/21).

Əksər hallarda ər və<