Zaurdan sonra Nanə də ATV-dən getdi?
Yazar: azizmehdi

Azad Azərbaycan telekanalının keçmiş əməkdaşı Zaur Baxşəliyevin uzun illər işlədiyi televiziyadan uzaqlaşmağının həm yerli televiziya məkanında, həm də aparıcılıq etdiyi verilişlərin tamaşaçıları tərəfindən böyük səs-küy doğurması heç kimə sirr deyil.
Zaurun bu addımından sonra onun həmkarı Nanə Ağamalıyevanın da “ATV”dən uzaqlaşması ilə bağlı söz-söhbətlər gəzməyə başlayıb. Artıq bir neçə gündür efirlərdə görünməyən, “Səhər” proqramına belə çıxmayan Nanə xanımın bu telekanladan uzaqlşaması barədə hətta ATV-nin özündə də danışırlar.
Nanə Ağamalıyevanın özü isə Lent.az-a bunun şayiə olduğunu deyir: “Düzdür, bir neçə gündür efirə çıxmıram. Ancaq televiziyadan uzaqlaşmamışam. Sadəcə, səhhətimdə problemlər var və hazırda səhhətimlə məşğulam”. Səhhətindəki problemlərlə əlaqədar istirahət etdiyini də deyən N.Ağamalıyeva yaxın həftələrdə yenidən efirdə görünəcəyini qeyd edib...
Doğulduğunuz aylara görə xasiyyətləriniz
Yazar: azizmehdi
Doğulduğunuz aylara görə xasiyyətləriniz
Hirsli və ciddi biridir
Öyrənməyi və öyrətməyi sevir
Ağıllı və planlı iş görür
Duyarlı və dərin hissləri olan biridir
Romantikdir
Uşaqlari sevir
Tez qısqanandır
Fevral
Dəyişkəndir
Özünə güvəni yoxdur
Düzgündür
İnadkardır
Xəyallarının ardından gedər
İnanclara inanır
Mart
Utancaqdır
Diqqət mərkəzində olmağı sevir
Tez hislənəndir
Güvəniləcək adamdır
İntiqamçıdır
Çox dəyişkəndir
Aprel
Aktiv və enerji doludur
Təsəlli verməyi sevir
Cəsurdur
Sevgisini tez etiraf edəndir
Yaddaşı güclüdür
Baş ağrılari tez-tez olandır
May
Anlayışlıdır
Ədəbiyyat və sənətlə maraqlanır
Evdə oturmağı sevmir
Uşaqları sevmir
Xəyalpərəstdir
Tez sakitləşəndir
İyun
Eyni anda bir neçə şey haqqında düşünür
Şirin dildir
Həssasdır
Şən insandır
Çox danışandır
Qərar verməyi bacarmır
İyul
Yaxşı sirdaşdır
Kin saxlamır
Yalnızlığı sevir
Tez öyrənəndir
Dost acısı çəkməyi bacarmaz
Çətinlikləri sevir
Avqust
Zarafatcıldır
Qorxusuzdur
Liderlik etmək istəyir
Romantikdir
Yol göstərməyi sevir
Diqqətli və tədbirlidir
Sentyabr
Güvənilən biridir
Elmə fikir verən biridir
İdmanı sevir
Hisslərini özündə saxlayır
İnsanların eyiblərini üzlərinə vurmağı sevir
Ünsiyyəttə seçicidir.
Oktyabr
Hamı ilə söhbəti bacarır
Dostlarına çox fikir verir
Tez küsüb, tez barışır
Romantikdir
Özünə güvəni yoxdur
Noyabr
Çalışqandır
Yaxşı başçı olur
İradəsi güclüdür
Sürprizləri sevir
Hamını olduğu kimi qəbul edir
Sirr saxlamağı bilir
Dekabr
Səbirsizdir
Dostlarına baglıdır
Hirsi tez soyuyur
Sevildiyini hiss etmək istəyir
Birlikdə vaxt keçirməyi sevir
Ramazan ayında ediləcək dualar
Yazar: azizmehdi
Ramazan ayının 1-ci gününün duası:
Allahumməc’əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və’fu ənni ya afiyən ənil-mücrimin.
Tərcüməsi:
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!
Ramazan ayının 2-ci gününün duası:
Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur’ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Ramazan ayının 3-cü gününün duası:
Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc’əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.
Tərcüməsi:
İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!
Ramazan ayının 4-cü gününün duası:
Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi’ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.
Tərcüməsi:
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!
Ramazan ayının 5-ci gününün duası:
Allahumməc’əlni fihi minəl-müstəğfirin. Vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc’əlni fihi min övliyaikəl-müqərrəbin. Birə’fətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Ramazan ayının 6-cı gününün duası:
Allahummə la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.
Tərcüməsi:
İlahi, bu gün sənə qarşı etdiim günahlara görə məni rüsva etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
Ramazan ayının 7-ci gününün duası:
Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.
Tərcüməsi:
İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv ıə nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!
Ramazan ayının 8-ci gününün duası:
Allahummərzuqni fihi rəhmətəl-əytami və it’amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin.
Tərcüməsi:
İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!
Ramazan ayının 9-cu gününün duası:
Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.
Tərcüməsi:
İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!
Ramazan ayının 10-cu gününün duası:
Allahumməc’əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc’əlni fihi minəl-faizinə lədeyk. Vəc’əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.
Tərcüməsi:
İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!
Ramazan ayının 11-ci gününün duası:
"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".
Tərcüməsi:
"İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"
Ramazan ayının 12-ci gününün duası:
"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".
Tərcüməsi:
"ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".
Ramazan ayının 13-cü gününün duası:
"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".
Tərcüməsi:
"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı".
Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc’əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"
Ramazan ayının 15-ci gününün duası:
"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".
Tərgüməsi:
"İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!".
Ramazan ayının 16-cı gününün duası:
"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".
Tərcüməsi:
"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı".
Ramazan ayının 17-ci gününün duası:
"Allahummə əhdini fihi lisalihil-ə’mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".
Ramazan ayının 18-ci gününün duası:
"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə’zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".
Tərcüməsi:
"İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah".
Ramazan ayının 19-cu gününün duası:
"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".
Tərcüməsi:
"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".
Ramazan ayının 20-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur’an. Ya munziləs-səkinəti fi qulubil-mu’minin".
Tərcüməsi:
"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur’an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".
Ramazan ayının 21-ci gününün duası:
"Allahumməc’əl li fihi ila mərzatikə dəlila. Və la təc’əl liş-şeytani fihi əleyyə səbila. Vəc’əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".
Tərcüməsi:
"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"
Ramazan ayının 22-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də’vətil-muztərrin".
Tərcüməsi:
"İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!"
Ramazan ayının 23-cü gününün duası:
"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!"
Ramazan ayının 24-cü gününün duası:
"Allahummə inni əs’əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu’zik. Və əs’əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə’siyək. Ya cəvadəs-sailin".
Tərcüməsi:
"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"
Ramazan ayının 25-ci gününün duası:
"Allahumməc’əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə’daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".
Tərcüməsi:
"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"
Ramazan ayının 26-cı gününün duası:
"Allahumməc’əl sə’yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".
Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"
Ramazan ayının 27-ci gününün duası:
"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".
Tərcüməsi:
"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"
Ramazan ayının 28-ci gününün duası:
"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".
Tərcüməsi:
"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"
Ramazan ayının 29-cu gününün duası:
"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu’minin".
Tərcüməsi:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
Ramazan ayının 30-cu gününün duası:
"Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin".
Tərcüməsi:
"İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun".
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Azərbaycan+vaxt=gözəl komanda
Yazar: azizmehdi

Azərbycan Futbol komandasına vaxt lazımdır!Baş məşqiçi Berti Foqts isə ən azı 2014-ə kimi Azərbaycanın başında qalmalıdır! Onun gəlişindən heç bir il belə keçməyib və biz ondan çox şeylər gözləyə bilmərik!
Sizdə öz fikirlərinizi bölüşün!

Onun 2 seçimi Azərbaycana Çox baha başa gəldi Bunlar Aleksandr ÇERTAQANOV və Cavid HÜSEYNOV-dur!
AzəriBlog çuların NƏZƏRİNƏ!
Yazar: azizmehdi

Hörmətli Azəri Blog həmkarlarım,
bundan əvvəl göndərdiyim məlumatda qyed etdiyim kimi 3 Oktyabr, 2008-ci il müəllifi olduğum http://freeexpression.azeriblog.com/ blogunun yaradılmasının 1 yaşı tamam olur. Məhz bu səbəbdən istərdimki, həmin gün AzəriBlog həmkarlarımla görüş təşkil edim, köhnə dostlarla görüşək, yeni bloqçularla tanış olaq, bildiklərimizi bölüşək, bir sözlə hamımız bir araya gələk.
Bir ay öncə lyrics bloq müəllifi bu görüşü təşkil etməyə çalışdı amma nəsə iş bitməmiş qaldı. Odurki bu dəfə görüş günlərini yazmaq təklifləri irəli sürməyi təxirə salmaq qərarına gəldim. Konkret olaraq 4 Oktyabr (cünki 3 oktyabr iş günü), 2008-ci il tarixində saat 18:00 - da görüşmək istəyən varsa, şərh yazıb fikrini bildirsin.
Xahiş edirəm tarixi dəyişmək təklifləri yazmayın, saat isə dəyişə bilər. Əgər kimsə həmin tarixdə görüşmək imkanı və vaxtı varsa şərh yazsın, mən ona toplaşacağımız yeri və detalları yazıb göndərim.
PS: Xahiş edəm məlumatı öz bloqunuzda yerləşdirin və digər bloqçuları məlumatlandırın.
Görüşmək ümidi ilə.....
Şərhlərinizi yazın.
Muğam
Yazar: azizmehdi

Muğam, Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.
Muğam, Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.
Muğam sözü ərəb dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.
Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun", Köməkçilər isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"-dır.
Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.
Muğamın bəstəkarı xalq özüdür
Yazılı musiqi əsərindən fərqli olaraq, muğam kompazisiyası fərd tərəfindən bəstələnmir, müəyyən mövcud şifahi sxem üzrə yaradılır. Əslində muğam mücərrəd fikir kimi mövcuddur, ifa edilməyənə qədər o yoxdur. İfaçı muğamı ifa edən zaman bir növ ona nəfəs verir. Muğam nə vaxtsa kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir. Amma ümumilikdə muğam sənəti anonimdir. Əvvəllər olduğu kimi indi də yaradıcı istedada malik olan ifaçılar eyni zamanda ayrı-ayrı melodiyalar, əsasən təsniflər və rənglər yaradırlar, amma geniş kütlə üçün onları bəstələyən sənətçinin adı bir qayda olaraq qeyri-müəyyən qalır. Beləliklə xalqın nəzərində bu havaların müəllifi muxtəlif fərdlər yox, xalq özüdür.[1]
Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevri
Keçən əsrin 70-ci illərin əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətini «kəşf etdi». O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başlayır. 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan «Dünya ənənəvi musiqisinin antologiyası» kolleksiyasına «Şərqin musiqi antologiyası» seriyasında çıxan «Azərbaycan musiqisi» plastinkasını daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən «Musiqi mənbələri» seriyasında buraxılıb. Azərbaycan muğamı Tarkovskinin bütün dünya ekranlarını dolaşan «Stalker» filmində də səslənib.
2003-cü ildə UNESCO Azərbaycan muğamını «bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri» siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.
Baxış sayı: 79
Açar sözlər: muğam
![]()
![]()
![]()
"Ümid edirəm Azərbaycan millət mənim bu hədiyyəmi qəbul edərlər"
Yazar: azizmehdi

Hadi Sai: "QIZIL MEDALIMI AZƏRBAYCAN MİLLƏTİNƏ HƏDİYYƏ EDİRƏM"
XXIX Pekin Yay Olimpiya Oyunlarında İran yığmasına ilk qızıl medalı qazandıran taekvandoçu Hadi Sai Çin əldə etdiyi qızıl medalını Azərbaycan millətinə təqdim edib.
Beləliklə Hadi Sai onu farslaşdırmağa çalışan İran mətbuatına tutarlı bir cavab verib.
Hadi Sai deyib: "Ümid edirəm Azərbaycan milləti, Bostanavalılar və doğulduğum Qara Koyül əhalisi mənim bu hədiyyəmi qəbul edərlər."
Son günlərdə İran telviziyaları onu Azərbaycanlı və türk deyil, Reydə doğulmuş bir fars kimi tanıtmağa çalışırdılar. İdmançı bu jesti ilə onların iddalarını boşa çıxardıb.
Hadi Sai Rəşad Əhmədovla eyni çəkidə yarışırdı.
Onu da bildirmək mraqlı olar ki, Güney Azərbaycan sitələri Hadi Sainin qızıl medal almasını belə şərh edirlər: "Bununla da Pekin-2008 Olimpiya yarışlarında azərbaycanlıların qazandıqları toplam medal sayı 8-ə çatdı".
Şah İsmayıl Xətai
Yazar: azizmehdi

Şah İsmayıl Xətai
(17.07.1487 - 23.05.1524)
Səfəvilər dövlətinin banisi, dövlət xadimi və sərkərdə, şair
Şah İsmayıl Xətai (17.7.1487-23.5.1524,Ərdəbildə dəfn olunmuşdur) - Azərbaycan Səfəvilər dövlətinin banisi. Dövlət xadimi və sərkərdə, şair. Şeyx Heydərin oğludur (anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir). Ağqoyunlu Sultan Yaqub (1478-90) Şeyx Heydərin ölumündən (1488) sonra kiçik yaşlı Ismayılı anası və qardaşları (Sultanəli və İbrahim) ilə birlikdə həbs etdirdi. Sultan Yaqubun ölümündən sonra Rüstəm Mirzənin əmri ilə Şeyx Heydərin oğlanları 1492-ci ildə həbsdən azad olundu.
Böyük qardaşı Şeyx Sultanəli Ismayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. Bir müddət Ərdəbildə və Rəştdə gizlədilən İsmayıl sonralar Lahicanda Gilan hakimi Mirzə Əlinil sarayına aparıldı. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında şamlı və rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.
Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi. Türk, fars və ərəb dillərinidə gözəl şerlər yazan görkəmli şair Şah İsmayıl Xətayi əsərlərinin çox hissəsini ana dilində yazmışdır və onun yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələ təşkil edir. Onun yaradıcılığının təşəkkül və inkişafında Nəsimi şeri başlıca yer oynamışdır.
Şah İsmayıl Xətayi əruz və heca vəznlərində həm klassik, həm də xalq şeri formalarında epik və lirik əsərlər yazmışdır "Dəhnamə" ("On məktub", 1506) poeması, əxlaqi-didaktik və fəlsəfi "Nəsihətnamə" məsnəvisi ana dilli şerimizin ilk nümunələrindəndir. O, poeziyanın inkişafına müstəsna əhəmiyyət vermiş, türk dilində yazan şairlərə hamilik etmiş, sarayında şairlər məclisi yaratmışdı. Onun hakimiyyəti illərində türk dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda, dövlət dili səviyyəsinə yüksəlmiş, diplomatik yazışmalarda belə istifadə olunmuşdur. Şah İsmayıl Xətainin əsərləri Yaxın Şərqin bir sıra ölkələrində yayılmışdır. Əsərlərinini əlyazmaları dünyanın məşhur əlyazma fondlarında və müzeylərində saxlanılır.
(mənbə: www.gamoh.org).
Enrique Iglesias "EI Remixes" 2008
Yazar: azizmehdi

Enrique Iglesias "EI Remixes" 2008
YÜKLƏ
Enrique Iglesias - Do You Know (Ralphi Rosario & Craig CJ's Radio Mix)
YÜKLƏ
Enrique Iglesias - Donde Estan Corazon (Dance Hall Remix)
YÜKLƏ
Enrique Iglesias - Escape (Thunderpuss Club Mix)
YÜKLƏ
Enrique Iglesias - Hero (Metro Mix)
YÜKLƏ
Baxış sayı: 83
Açar sözlər: enrique iglesias ei remixes 2008
![]()
![]()
![]()
5 aylıq doğulan körpə ''Öldü' deyə soyuducuya qoyuldu, basdırılmağa aparılarkən dirildi..
Yazar: azizmehdi

5 aylıq doğulan körpə ''Öldü' deyə soyuducuya qoyuldu, basdırılmağa aparılarkən dirildi..
İsraildə prematüre doğan bir qız körpə, həkimlərin "öldü" aşıqlamasından 5 saat sonra həyata
geri döndü. Xəstəxananın Baş həkim Köməkçisi Dr. Moşe Daniel, Channel 2 News kanalına etdiyi şərhdə, körpənin doğulduqdan sonra həyati funksiyalarının dayandığını və körpəni xəstəxana laboratoriyasındakı soyuq otağa götürdüklərini söylədi. Daniel, "Tibbdə bu cür şeylərə şahid oluruq. Ancaq bunu elmi olaraq ifadə edə bilmirik, bu nöqtədə bunun necə olduğunu açıqlaya bilmirik" dedi.
Tel Avivdəki bir xəstəxanadan televiziyaya qonaq olan Dr. Ramı Moşonov isə, soyuq hava otağındakı aşağı istiliyin bir şəkildə körpənin metobolizmasını təsir edərək həyata dönməsinə səbəb ola biləcəyini söylədi.
Bu səhər anasının hamiləliyinin iç qanaması olduğu üçün bitirilən və 5 aylıqkən 610 qram dünyaya gələn körpənin nəbzinin atmadığını fərq edən həkimlərin daha sonra daha detallı testlər etdiyi ancaq həyati funksiyalarının olmaması üzərinə körpənin öldüyünü açıqladıqları ifadə edildi. Bunun üzərinə körpənin cəsədinin ölüm səbəbinin təyin olunması üçün laboratoriyadakı soyuq hava otağına qoyulduğu ifadə olundu.
Aradan 5 saat keçdikdən sonra körpənin atası, körpəsinin cəsədini görmək istədiyini söylədi. Atayla birlikdə içəri girən həkimlər körpənin nəfəs aldığını fərq edincə körpə dərhal reanimasiya otağına alındı.
Pekin Olimpiadasında avqustun 22-ə olan medal sıralaması
Yazar: azizmehdi
Pekin Olimpiadasında avqustun 22-ə olan medal sıralaması
Sıra N-si Medal qazanan ölkələr qızıl gümüş bürünc Cəmi 1. Çin 47 17 25 89 2. ABŞ 31 36 35 102 3. Böyük Britaniya 18 13 13 44 4. Rusiya 17 18 22 57 5. Almaniya 14 9 13 36 6. Avstraliya 12 14 16 42 7. Cənubi Koreya 11 10 7 28 8. Yaponiya 9 6 10 25 9. İtaliya 7 8 10 25 10. Hollandiya 7 5 4 16 11. Yamayka 6 3 1 10 12. Fransa 5 13 16 34 12. Ukrayna 5 4 12 21 14. İspaniya 4 6 2 12 15. Belarus 4 4 8 16 16. Rumıniya 4 1 3 8 17. Kanada 3 8 6 17 18. Polşa 3 4 1 8 19. Çexiya 3 3 - 6 20. Slovakiya 3 2 1 6 21. Yeni Zelandiya 3 1 5 9 22. Efiopiya 3 1 1 5 23.
