Reklam verin!
Yuma Ailə Jurnalı

PEKİN 2008: uğursuz start

Cüdo üzrə 66 kiloqram çəki dərəcəsində yarışlarda R.Qasımov Rusiya atletinə məğlub olub


Bu gündən başlayaraq Pekin Oilmpiya Oyunlarında Azərbaycan idmançıları mübarizəyə başlayıb. Lakin idmançılarımızın ilk çıxışı uğursuz alınıb. 66 kiloqram çəki dərəcəsində yarışlarda cüdoçumuz Ramil Qasımov ilk döyüşünü Rusiya atleti Alim Qadanova qarşı keçirib. İlk dəqiqə yarımın tamamında həmyerlimiz fiziki cəhətdən əldən düşüb. Nəticədə hakimlər ona 3 dəfə xəbərdarlıq ediblər. Qadanov da rəqibinin yorğunluğundan istifadə edərək hesabda irəli çıxıb. Nəticgədə R.Qasımov ilk döyüşündə məğlub olub. Əgər A.Qadanov yarımfinal mərhələsinədək çata bilsə, onda R.Qasımovun bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranacaq.

Onu da qeyd edək ki, bu gün üzgüçülük yarışlarında həmyerlimiz Oksana Hətəmxanova 100 metr məsafəyə üzmə yarışına qoşulacaq.

Mənbə://ANS-PRESS//

Baxış sayı: 97
Açar sözlər: pekin 2008 
Bookmark and Share



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha