Reklam verin!

Şahin İmranov Pekin Olimpiadasının yarımfinalına vəsiqə qazanıb

Boks üzrə Azərbaycan yığmasının kapitanı Şahin İmranov XXIX Pekin Yay Olimpiya Oyunlarının yarımfinalına vəsiqə qazanıb. “APA-SPORT” agentliyinin məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bu gün ¼ finalda kubalı İdel Torrienteni məğlub edib.


Mübarizə bərabər şəraitində keçsə də, əzmkarlıq nümayiş etdirən Ş. İmranov güclü rəqibinə 16:14 hesabı ilə qalib gəlib. Bu uğurdan sonra özü üçün minimum bürünc medalı təmin edən 28 yaşlı boksçumuz avqustun 22-də yarımfinalda fransalı Hedafi Celfirlə qarşılaşacaq.
Qeyd edək ki, Ş. İmranov bunadək Qalib Cəfərovu (Qazaxıstan) və Nikolos İzoriyanı (Gürcüstan) məğlub edib.

Baxış sayı: 142
Açar sözlər: box boks şahin imranov pekin 
Bookmark and Share



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha