Qəribə deyilmi
Yazar: azizmehdi

Qəribə deyilmi?
Qəribə deyilmi ki, 10 manatlıq əskinası məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük?
Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa?
Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir?
Qəribə deyilmi ki, futbol maçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xütbə həmişəkindən 1 neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazı ifadə yaranır, tez-tez saata baxrırq?
Qəribə deyilmi ki, Qurandan 1 parçanı necə güclə oxuyuruq, amma sevdiyimiz roman heç əlimizdən düşmür?
Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıraları tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı siralar üçün?
Qəribə deyilmi ki, Qurandan 1 neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq?
Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tezcə inanırıq, Allahın kitabı Quranda yazılanlara isə bu qədər çətinliklə və gec?
Hörmətlə:Şəbnəm Sabirli.
Əziz oxucular fikirlərinizi gözləyirəm.
Təbriklər Şəbnəm xanım,çox gözəl məqalədir.Həqiqətən ibadətlərə sərf etdiyimiz vaxt və enerji qısa olmasına baxmayaraq bu bizə bəzən çox böyük görünür.Bunun səbəbi yəqin ibadətlərin əhəmiyyətini hələ tam başa düşə bilməməyimizdə,lazımi qiyməti verə bilməmıyimizdədir.Belə halların mümkün qədər azalması diləyi ilə...
Noyabr 2, 2008 13:27



qaqash sen bunlari duz deyirsen.men de bunlari nezere alib bir blog acmisam.bu blog ISLAM DINI haqqindadir.duzdur sayt hele yeni yaranib,amma saytda bir cooooox movzular vardir.sonda men demek isterdim ki,HAMIMIZ ISLAM DININE HORMETLE YANASAQ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ADMIN SENE BIR SOZUM VAR.SEN MENIMLE EMEKDASLIQ APARA BILERSEN????????????????
DAHA BIR SOZUM DE VAR KI,MENIM www.azlen.azeriblog.com SAYTIMI OZ SAYTINDA DOST BLOGLARA YAZ.MEN DE SAYTINI OZ SAYTIMA YAZACAM.MENIMLE TEZLIKLE ELAQE SAXLAYIN.SAQ OLUN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
HORMETLE: KAMAL
Avqust 20, 2008 14:55