Reklam verin!

Muğam

Muğam, Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.


Muğam, Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı.

Muğam sözü ərəb dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun", Köməkçilər isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"-dır.

Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.

Muğamın bəstəkarı xalq özüdür

Yazılı musiqi əsərindən fərqli olaraq, muğam kompazisiyası fərd tərəfindən bəstələnmir, müəyyən mövcud şifahi sxem üzrə yaradılır. Əslində muğam mücərrəd fikir kimi mövcuddur, ifa edilməyənə qədər o yoxdur. İfaçı muğamı ifa edən zaman bir növ ona nəfəs verir. Muğam nə vaxtsa kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir. Amma ümumilikdə muğam sənəti anonimdir. Əvvəllər olduğu kimi indi də yaradıcı istedada malik olan ifaçılar eyni zamanda ayrı-ayrı melodiyalar, əsasən təsniflər və rənglər yaradırlar, amma geniş kütlə üçün onları bəstələyən sənətçinin adı bir qayda olaraq qeyri-müəyyən qalır. Beləliklə xalqın nəzərində bu havaların müəllifi muxtəlif fərdlər yox, xalq özüdür.[1]

Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevri

Keçən əsrin 70-ci illərin əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətini «kəşf etdi». O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başlayır. 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan «Dünya ənənəvi musiqisinin antologiyası» kolleksiyasına «Şərqin musiqi antologiyası» seriyasında çıxan «Azərbaycan musiqisi» plastinkasını daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən «Musiqi mənbələri» seriyasında buraxılıb. Azərbaycan muğamı Tarkovskinin bütün dünya ekranlarını dolaşan «Stalker» filmində də səslənib.

2003-cü ildə UNESCO Azərbaycan muğamını «bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri» siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.

Baxış sayı: 157
Açar sözlər: muğam 
Bookmark and Share


1
kamal yazıb:

qaqash,kisi kimi de.sen yasamalda yasayirsan?????
cavabi ya e-mailim e ya da saytima gonder.gozleyirem.hele sene coooooox sozum var.......

Avqust 29, 2008 19:41

2
fərhad yazıb:

Salam

Stili dəyiş və yenidən bünü seç. bir az dəyişiklər olubdu stildə .

Sentyabr 1, 2008 16:57

3
eldarcik yazıb:

salam gozel saytdi. isteyerdin saytin bele olsun :monster.tk onda eldarsayt.tk -a gir ve bize muraciet ele

Sentyabr 4, 2008 12:02

4
orxan92 yazıb:

Hörmətli AzəriBlogçu

Biz bir neçə dəfə görüşmək istədik amma bəzi səbəblərə görə baş tutmadı. Amma indi isə tam şəkildə standart vaxtda bir araya gəlməyi qərara aldıq. Əslində mənim Azeri Blogla bagli hec bir əlaqəm yox idi. Amma bu səfər Eyvaz Qocayev və Aytəkin xanımla Barcamp görüşündən sonra əlaqə genişləndi. İndi isə mən sizdən xahiş edirəm ki əgər Blogcuların görüşündə iştirak etmək istəyirsinizsə, www.some-az.tk adresinə və ya orxan92@hotmail.com emailinə girib fikirlərinizi bizimlə bölüşün. Ancaq sabit vaxtda bir araya gələcəyik: 4 Oktyabr 2008-ci il saat 18:00. Görüşün yerini özümüz sizə bildirəcəyik. Xahiş edirik ki, gəlmək istəyənlər dəqiq yazsınlar ki biz də blogcuların sayına görə işimizi bilək. Xahiş olunur ki, şərh yazanda görüş yerini və ya zamanını yazmayasınız. Emailinizi yazmagi unutmayin! Biz sizi gözləyəcəyik! Bu məlumatı saytınıza yerləşdirin ki, digər blogçuların da məlumatı olsun

Sentyabr 8, 2008 16:23

5
Mono yazıb:

Sevdimali.clan.su Azerbaycan portali

Noyabr 18, 2008 16:04


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha